Home Cəmiyyət Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: İlk yerdə bu xəstəlik durur…

Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: İlk yerdə bu xəstəlik durur…

1059
0
SHARE
Səhiyyə Ölüm hadisələri

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.Trend-in məlumatına görə, ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2017-ci illə müqayisədə çoxdur. 2017-ci ildə ölkədə 57 109, 2016-cı ildə 56 648, 2015-cü ildə 54 697 nəfər ölüb.

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2017-ci ildə 33 663nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2017-ci ildə 8 665 nəfər) yenitörəmələrdən, 1 826-i (2017-ci ildə 1 839 nəfər) tənəffüs sistemi xəstəliklərindən, 2 772-i (2017-ci ildə 2 769 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı azalma qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2017-ci ildə 586,7 hal, 2016-cı ildə 587,8 hal, 2015-ci ildə bu göstərici 574,0 hal olub.