Home Cəmiyyət Politoloq: “Bu, artıq görüşün gərgin keçəcəyindən xəbər verir”…

Politoloq: “Bu, artıq görüşün gərgin keçəcəyindən xəbər verir”…

1115
0
SHARE
Arzu Nağıyev ATƏT

Ermənistanın təxribatlarına həmsədr ölkələrin ciddi reaksiya verməməsi növbəti özbaşınalıqlara stimul verir…

Elmar Məmmdyarov

… Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bununla bağlı danışarkən bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü əvvəlcədən planlaşdırılmışdı: “Moskva və Paris görüşlərindən sonra bu görüşün Vaşinqtonda baş tutacağı gözlənilən idi. Yəni burada həm də münaqişənin həllində söhbət nüfuz məsələsindən də gedir. Yəni ATƏT-in Minsk Qrupu bir hesabat və ya bununla bağlı bəyanat verəcək bir qurum kimi öz işlərini yerinə yetirir. Baş tutacaq görüşə gəldikdə isə buna mən görüş naminə görüş deyərdim. Ermənistan son görüşdə üzərinə götürdüyü-istər humanitar baxımdan, istərsə də digər öhdəlikləri yerinə yetirmədən bu görüşdə nədən danışacağı məlum deyil. Bu, artıq görüşün gərgin keçəcəyindən xəbər verir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü olduğu kimi qəbul etmir və hər vəchlə gah formatın dəyişdirilməsi, gah separatçılara əlavə mandatın verilməsi iddiaları ilə çıxış edir, süni gərginlik yaradır, müxtəlif siyasi oyunlar nümayiş etdirir. Bu azmış kimi, atəşkəsi demək olar ki, hər gün pozur, hər iki tərəfdən itkilər verilir. Hazırda isə 10 minlik canlı qüvvə və hərbi texnika ilə məhz işğal olunun ərazilərdə təlim keçirməsi artıq heç bir çərçivəyə sığmayan özbaşınalıqdır”. A.Nağıyev hesab edir ki, keçirilən hərbi təlimlər daxili gərginliyin ortaya çıxartdığı bir oyundur: “Rusiya səfirinin Röbert Köçəryanla görüşü də, Ermənistan XİN-in notası da bu seriyadandır. Yəni bir daha qeyd edərdim ki, belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər və münaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.