“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində “Şəxsi keyfiyyətlərin təkmilləşdirilməsi” adlı təlimə başlanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, iki günlük təlimin aparıcıları Litva Respublikasının əmək nazirinin müavini Egle Radisauskiene və ekspert Nijole Daldienedir.
Təlimdə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri üzrə Məşğulluq Mərkəzlərinin, Abşeron rayonu və Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktorları, Bakı şəhər Məşğulluq Mərkəzinin və nazirliyin tabelyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əməkdaşları iştirak edir.
İştirakçılarla birgə komanda quruluşu, ünsiyyət və qrup fəaliyyəti, müzakirə bacarıqları, layihənin və vaxtın idarə edilməsi, sresslə mübarizə bacarığı kimi mövzular müzakirə edilir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.