Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.Hazırda 12 min 109 subbakalavr elektron ərizəsini təsdiq edib. Müsabiqədə iştirak ödənişsizdir. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
Home Cəmiyyət Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib…