Home Cəmiyyət Arzu Nağıyev: Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarı önündən başlayaraq...

Arzu Nağıyev: Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarı önündən başlayaraq öz səfərini davam etdirməsi təqdirəlayiqdir…(VİDEO)

33
0
SHARE

Çünki biz SSRİ-nin tərkibində Azərbaycan xalqı olaraq Böyük Vətən Müharibəsində həddən artıq itkilərlə üzləşmişik. Buna baxmayaraq, biz qalib xalqıq. Ermənistan rəhbərliyi isə bunun əksinə olaraq Qaregin Njdeyə heykəl ucaldır. Təsəvvür edin ki, Azərbaycan rəhbərliyi naməlum əsgərin ruhuna ehtiramla yanaşır, onun məzarını ziyarət edir, Ermənistan isə həmin naməlum əsgəri qətlə yetirənə abidə ucaldır. Görün, bu, nə qədər paradoksal bir məsələdir. Biz qalib gəlmiş bir xalqın nəvələri olduğumuzu unutmuruq. Eyni zamanda, Qaregin Njdenin nəvələri də faşistin nəvələri olduğunu unutmurlar. Mehriban xanım Əliyevanın Moskvaya səfəri zamanı Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət etməsi bir daha sübut etdi ki, Azərbaycan bir dövlətin müstəqilliyi uğrunda canından keçmiş şəxsin yanındadır. Ermənistan isə həmin əsgəri qətlə yetirən faşistlərin yanındadır. Bununla yanaşı Ermənistan üç məsələdə sərbəst deyil: Qondarma soyqırım, kilsə və Dağlıq Qarabağ məsələsinin həlli. Ermənistan üçün işğal etdiyi torpaqları iqtisadi cəhətdən saxlamaq böyük bir problemdir. Hələ nəzərə alaq ki, bu gün Ermənistanın tənəzzülə uğramış iqtisadiyyatı var.