Home Siyasət Azərbaycanda sabitliyin təminatçısı düşünülmüş və praqmatik siyasət yürüdən cənab Prezident İlham Əliyevdir

Azərbaycanda sabitliyin təminatçısı düşünülmüş və praqmatik siyasət yürüdən cənab Prezident İlham Əliyevdir

721
0
SHARE
“Bu gün dünyanın müxtəlif ölkələrində qanlı toqquşmaların, kütləvi etiraz aksiyalarının, terrorun cərəyan etdiyi bir zamanda Azərbaycan sabitlik adası kimi tanınır”.
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, dünyanın müxtəlif yerlərində gərginliyin artmasını görürük, bu mənfi tendensiyanın əksinə olaraq Azərbaycan sabitlik məkanı kimi inkişaf edir:

“Livanda partlayış və insanların həlak olması, ölkənin həyat ritmindən çıxması sabitliyin və təhlükəsizliyin necə vacib dəyər olduğunu bir daha sübut etdi.

İl ərzində dünyanın müxtəlif yerlərində gərginliyin artmasını görürük. Müharibələr, kütləvi etiraz aksiyaları, qanlı toqquşmalar, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması kimi mənfi tendensiyalar demək olar ki, dünyanın bütün yerlərində müşahidə olunur. İstər koronavirus pandemiyasına qədər olan zaman kəsiyində, istərsə də pandemiyanın gətirdiyi sosial və iqtisadi çətinliklər fonunda dünyada gərginlik durmadan artır. Bu mənfi tendensiyanın əksinə olaraq Azərbaycan sabitlik məkanı kimi inkişaf edir.

Əhalinin sabitliyi pozulanda ölkədə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunun 1990-cı illərin əvvəllərində şahidi olmuşuq. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, itkilər böyük idi. Lakin artıq 27 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir”.

Politoloq qeyd edib ki, bu gün dünyanın əksər bölgələrində gənclər küçələrdə kütləvi etiraz aksiyalarının iştirakçısı olduğu halda Azərbaycan gəncləri ölkənin ictimai və siyasi həyatında fəal rol oynayırlar:

“Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycanda sabitliyin təminatçısı isə düşünülmüş və praqmatik siyasət yürüdən cənab Prezident İlham Əliyevdir. Xalq tərəfindən də ölkə başçısının yürütdüyü siyasətə yüksək qiymət verilir. Bu gün dünyanın əksər bölgələrində gənclər küçələrdə kütləvi etiraz aksiyalarının iştirakçısı olduğu halda Azərbaycan gəncləri ölkənin ictimai və siyasi həyatında fəal rol oynayır, dövlətin, cənab Prezidentin yürütdüyü siyasətə dəstək verirlər. Ölkəmizdə nəinki siyasi, eyni zamanda iqtisadi və sosial sahələrdə də sabitlik təmin edilir. Cənab Prezident hər zaman çıxışlarında vurğulayır ki, insanların həyatı, sağlamlığı, onların təhlükəsiz yaşaması əsas məsələdir ki pandemiya vəziyyətinin gətirdiyi çətinliklərə baxmayaraq bu istiqamətdə də əməli addımlar atılır. Azərbaycanda təmin olunmuş təhlükəsizlik və sabitliyin qiymətini bilməli və onu qorumalıyıq”.