Home Siyasət “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir

“TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir

381
0
SHARE

Ölkəmizdə keçirilən “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir. Mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.