Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, səfər avqustun 11-də baş tutacaq.
Bu, C.Bayramovun həmin vəzifədə ilk xarici səfəri olacaq. Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur.