Home Siyasət Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir

Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir

563
0
SHARE

Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasına əsas əngəldir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, uzun illərdir Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirən Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas əngəldir:

“Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı gəlib”.