Home Siyasət Neboyşa Stefanoviç: Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Neboyşa Stefanoviç: Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

735
0
SHARE

Biz əməkdsaşlığımızın mərkəzinə olan bütün məsələləri müzakirə etdik və ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş zamanı bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: “Düşünürəm ki, bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır”.