Home Cəmiyyət Ağsuda istifadəyə verilən subartezian quyusu ilə 25 hektar ərazini suvarmaq mümkün olacaq

Ağsuda istifadəyə verilən subartezian quyusu ilə 25 hektar ərazini suvarmaq mümkün olacaq

479
0
SHARE

Ağsunun Qaraqaşlı kəndində yeni qazılan subartezian quyusu kənd sakinlərinin ixtiyarına verilib.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Rəfail Məmmədov bildirib. Onun sözlərinə görə, yeni subartezian quyusu suvarmada yaranan problemi aradan qaldıracaq:

“Ölkədə nəzərdə tutulan 443 subartezian quyusundan 202-sində qazma işləri artıq yekunlaşıb və onlardan 20-si işlək vəziyyətdədir. Qaraqaşlı kəndində yeni istifadəyə verilən su quyusu ilə 25 hektar ərazini suvarmaq mümkün olacaq. Belə quyular Samux, Ağcabədi və digər rayonlarda qazılıb. Oradan əldə olunan sular ilk öncə laboratoriyaya göndərilir və istifadəyə yararlı olduğu halda sakinlərin istifadəsinə verilir”.