Ermənistanın Sevr sazişi ilə bağlı taxribatçı bəyanatından sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir.
Trend-in məlumata görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı bəyanatından danışarkən deyib.
Ermənistanın bəyanatına yazılı cavab verən nazirlik sözçüsü bildirib: “Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışan Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yeri ilə bağlı yanlışlıq içində olduğunu görürük. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir. Ermənistanın Sevr sazişi ilə bağlı təxribatçı açıqlamasından sonra bu dəfə Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir”.