Home Cəmiyyət Baş infeksionist kafe və restoranların fəaliyyətə başlamasından danışdı

Baş infeksionist kafe və restoranların fəaliyyətə başlamasından danışdı

528
0
SHARE

Vətəndaşlara kafe və restoranlara vacib hallarda getməyi tövsiyə edərdim.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, insanlar ictimai iaşə obyektlərinə üz tutsalar belə, qoyulan qaydalara ciddi riayət etməlidirlər:

“Bu gündən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verildi. Ümumən çalışmaq lazımdır ki, ciddi bir səbəb olmadan restoranlara getməyək. Müvəqqəti çətinlikdir və bunu qəbul etmək lazımdır. Həmin məkanlara getdikdə isə vətəndaşlar bu günə kimi Operativ Qərargahın qoyduğu qaydalara necə riayət edirdilərsə, eyni qayda da hərəkət etməlidirlər. Ara məsafəsi gözləmək, gigiyena qaydalarına riayət etmək və çox sıx təmas yaranırsa, hökmən maskadan istifadə etmək lazımdır. Yalnız masa arxasında əyləşərkən qida qəbulu zamanı maskalar çıxarıla bilər. Hər kəs bu qaydaları gözləməlidir”.

Qeyd edək ki, avqustun 18-dən etibarən Nazirlər Kabinetinin qərarına görə, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) fəaliyyətinə icazə verilib.