2020-ci ilin I yarımilliyi ərzində Azərbaycan ərazisində 8273 təbii və texnogen mənşəli hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1132 hadisə və ya 16% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.