Home Cəmiyyət Koronavirus Bakıda kirayə obyektlərin çoxalmasına səbəb olub

Koronavirus Bakıda kirayə obyektlərin çoxalmasına səbəb olub

462
0
SHARE

Koronavirus pandemiyası Bakıda kommersiya obyektlərinin kirayə qiymətinin aşağı düşməsinə səbəb olub.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda obyektlərin icarəsi bazarında bir obyektin orta icarə qiyməti 3273 manatdan 3097 manata qədər azalıb və ucuzlaşma 5.38 faiz təşkil edib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bir sıra ticarət və xidmət sahələri öz fəaliyyətlərini danandırıb və bu səbəbdən icarəyə götürülən obyektlər geri qaytarılıb ki, bu da kirayə obyektlərin çoxalmasına və bununla yanaşı qiymət azalmasına səbəb olub.