Home Siyasət ABŞ səfiri: Biz Azərbaycanın iqtisadi inkişafı üçün milyardlarla ABŞ dolları dəyərində olan...

ABŞ səfiri: Biz Azərbaycanın iqtisadi inkişafı üçün milyardlarla ABŞ dolları dəyərində olan sərmayələrimizi yatırmağa davam edirik

579
0
SHARE

Azərbaycan hazırda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə əsasən neft ixrac edən dövlətdən daha çox təbii qaz ixrac edən dövlətə olmaqda keçid dövrünü yaşayır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxışı zamanı deyib.

Səfir bildirib ki, Azərbaycan həmdə qeyri-neft iqtisadiyyatının diversifikasiyasa yönələn fəaliyyətləri həyata keçirməkdədir:

“Bizim Cənub Qaz Dəhlizi layihəsinə verdiyimiz dəstək 90-cı illərin sonunda Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə verdiyimiz dəstəyin zəminində qərarlaşır. O zaman mən Qazaxstanda çalışırdım və orada BTC-ə bənzər təşəbbüslər üzərində islədiyimiz üçün sözügedən layihə barədə məlumatım var idi.

Amerika şirkətləri 1994-cü ildə imzalanan və Azərbaycanın zəngin enerji ehtiyyatlarının işlənməsini nəzərdə tutan Əsrin Müqaviləsində ən geniş şəkildə iştirak etmişlər. Biz Azərbaycanın iqtisadi inkişafı üçün milliardlarla ABŞ dolları dəyərində olan sərmayyələrimizi yatırmağa davam edirik.

Keçən il biz sözügedən müqavilənin imzalanmasının 25-ci ildönümünü qeyd etmiş və gələcəkdə görüləcək işlərə dair üzərimizə götürdüyümüz öhdəliyə sadiq olduğumuzu vurğulamışdıq. Cənub Qaz Dəhlizi kəmərinə bənzəyən meqalayihələr geo-siyasi baxımdan unikaldır. Dəyəri milliardlarla ölçülən və minlərlə kilometr məsafədə yaşayan insanların həyatlarına təsir edən layihələrın uğuru müxtəlif hökumətlərin və özəl şirkətlərin uzunmüddətli birgə fəaliyyətindən asılıdır.”

Səfir qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində çalışan dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir:

“Fürsətdən istifadə edərək mən Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi layihəsinə datılan dövlət və şırkətlərə göstərdiyi dəstəyi yenidən vurğulamaq istəyirəm.

Bu layihə Russiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı həmdə Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.

Cənub Qaz Dəhlizinın tamamlanması demək olar ki başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yani Xəzər hövzəsinin digər qaz ehtiyyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”.

Litzenberger bildirib ki, enerji təhlükəsizliyi məsələsinə xüsusilə toxunmaq istəyirəm. Birləş Ştatlar enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsi kimi qəbul edir.

Enerji təchizatında yaranan məcburi fasilələr mühüm və zərərli təsirə malikdir. Texniki qüsurlar, təbii fəlakətlər, sabotaj əməlləri, və ya təchizatçı tərəfindən verilən qərarlar müəyyən çağırışların gündəmə gəlməsinə səbəb ola bilər:

“Bunun hamısı bir tərəfdən mühüm infrasrukturun mühafizəsinin gücləndirilməsi, digər tərəfdən isə qlobal qaz bazarının inkişafına dair ehtiyyacın olduğunu göstərir. Illər boyu kommersiya və strateji tərəfdaşları ilə birgə işləyən Azərbaycan davamlı infrastrukturunun qurulmasında uğur qazanmışdır.

Gücləndirilmiş infrastruktur əhalini potensial iqtisadi sarsıntılardan və real təhlükələrdən qoruya bilər. Azad bazarlar isə dünyada iqtisadi inkişafa təkan verir və enerji təchizatını siyasi məqsədlər üçün istifadə olunmamasını təmin edir”.