2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 919,6 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, həmin məbləğin 2 milyard 450,9 milyon manatı heyvandarlıq, 2 milyard 468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 0,7 faiz artıb.