Home Cəmiyyət Azərbaycanda yanğınların ən çox harada baş verdiyi açıqlanıb

Azərbaycanda yanğınların ən çox harada baş verdiyi açıqlanıb

579
0
SHARE

2020-ci ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1121 olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın hadisələri zamanı 23 nəfər həlak olub, 61 nəfər xəsarət alıb, bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 55 nəfər və ya 47% azdır.

Yanğınlar əsasən çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə (819 yanğın hadisəsi) baş verib. Nəqliyyat vasitələrində yanğınların sayı 178, açıq sahələrdə 54, digər yanğınların sayı isə 70 olub. Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar zamanı 18 nəfər, nəqliyyat vasitələrində 4 nəfər, digər yanğınlarda isə 1 nəfər həyatını itirib.