Home Cəmiyyət Görədildə yağışın fəsadları aradan qaldırılıb, kəndin yolu bərpa edilib

Görədildə yağışın fəsadları aradan qaldırılıb, kəndin yolu bərpa edilib

376
0
SHARE

İki gün əvvəl yağan güclü yağışlar nəticəsində Abşeron rayonunun Görədil kəndində yaranan fəsadlar aradan qaldırılıb.

Bu barədə Trend-ə Görədil kənd bələdiyyəsinin sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, yağış kəndin yollarından birini tamamilə yarasız vəziyyətə salıb:

“Leysan xarakterli yağışlar Görədil kəndində uzunluğu 700 metr olan Fətəli xan Xoyski küçəsində bir sıra fəsadlar törədərək yararsız hala salmışdı. Bu yol relyefinə görə yamac halında olduğundan digər küçələrdən də yığılan sular bu ərazidən keçir. Su axını güclü olduğu üçün yolun üz qatını yuyub aparmışdı. Hadisədən dərhal sonra rayon rəhbərliyinin tapşırığı əsasında yaranan problemlərin aradan qaldırılması üçün işlər başlanıldı. Qısa bir zamanda bələdiyyə tərəfindən həmin küçədəkı vəziyyət aradan qaldırıldı”.

İ.Məmmədov əlavə edib ki, hazırda bələdiyyə əməkdaşları digər küçələrdəki problemlərin də aradan qaldırılması üçün işlər görürlər.