Home Cəmiyyət M9 ekspres avtobus xəttə buraxılıb

M9 ekspres avtobus xəttə buraxılıb

336
0
SHARE

Bu gündən 5 sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti fəaliyyətə başlaıb.

Trend-in məlumatına görə, yeni avtobus bu gün saat 06:30-dan xəttə buraxılıb. M9 xəttinin istifadəyə verilməsi ilə “Sea Breeze” istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq.

Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi “Sea Breeze” istirahət mərkəzi – “Nəriman Nərimanov” metro stansiyası istiqaməti müəyyən edilib.