Home Siyasət Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

330
0
SHARE

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu üzvləri sırasına yeni adlar daxil edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yeni üzvlər arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri və İşçi Partiyasının rəhbəri (1997-2007) Qordon Braun, Yeni Zelandiyanın Baş Naziri (1999-2008), BMT İnkişaf Proqramının ilk qadın rəhbəri (2009-2017) xanım Helen Klark, Mavriki Respublikasının ilk qadın Prezidenti (2015-2018)xanım Amina Qurib-Fakim, İsrailin Baş Nazirinin müavini, Xarici İşlər Naziri (2006-2009) xanım Tsipi Livni yer alıblar.

Qeyd edək ki, Tsipi Livni İsrail siyasətində Qolda Meyerdən sonra ən nüfuzlu qadın hesab edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Latviya Respublikasının Prezidenti (1999-2007) xanım Vaira Vike-Freiberga və Dünya Bankının birinci vitse-prezidenti (1992-2000) İsmail Seragəldin yeni üzvlərə ünvanladıqları müraciətdə əmin olduqlarını bildiriblər ki, dünya siyasətində önəmli rol oynayaraq böyük nüfuz və təcrübə qazanmış yeni üzvlər Mərkəzin beynəlxalq nüfuzunun artırılmasına töhfələrini verəcəklər.