Home Cəmiyyət Pandemiya dövründə sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edib?

Pandemiya dövründə sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edib?

423
0
SHARE

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 766,5 milyon sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 91,3 faizi avtomobil nəqliyyatı, 8,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 700,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 24,9 faiz azalıb.