Home Xəbərlər Zaqatalada 18 ədəd subartezian quyusunun qazılmasına 1,26 milyon manat ayrılıb

Zaqatalada 18 ədəd subartezian quyusunun qazılmasına 1,26 milyon manat ayrılıb

682
0
SHARE

Prezident İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Zaqatala rayonunun əhalisi 62916 nəfər olan 17 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Sıra

№-si

Yaşayış məntəqələri Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

1. Aşağı Çardaxlar kəndi 1 1170
2. Bəhmətli kəndi 1 4786
3. Dağlı kəndi 1 3300
4. Əliabad qəsəbəsi 1 11200
5. Faldarlı kəndi 1 2156
6. Gözbarax kəndi 1 2061
7. Kəpənəkçi kəndi 1 1111
8. Qandax kəndi 1 1829
9. Qımır kəndi 1 1804
10 Maqov kəndi 1 1705
11 Mosul kəndi 1 3261
12 Muğanlı kəndi 2 3006
13 Muxax kəndi 1 8210
14 Yengiyan kəndi 1 1481
15 Yeni Suvagil kəndi 1 5355
16 Yolayrıc kəndi 1 1460
17 Yuxarı Tala kəndi 1 9021
Cəmi 18 62 916