Home Siyasət Azər Badamov: Ermənistanda iqtisadi tənəzzül sürətlənib, insanların sosial durumu günü-gündən ağırlaşmaqdadır

Azər Badamov: Ermənistanda iqtisadi tənəzzül sürətlənib, insanların sosial durumu günü-gündən ağırlaşmaqdadır

529
0
SHARE

Ermənistanda iqtisadi tənəzzül sürətlənib. İnsanların sosial durumu günü-gündən ağırlaşmaqdadır. Ölkə borc içində boğulur. Paşinyan hakimiyyətinin səriştəsizliyi və komandasının oğru olması ölkəni defolt vəziyyətinə gətirib. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu gün Ermənistanın dövlət borcu ÜDM-in 50%-ni keçib:

“Xarici borc da kəskin artmaqdadır. Məsələn 2016-cı ildə Ermənistanın xarici dövlət borcu 5,5 milyard dollar idisə, indi artıq 8 milyard dolları keçib. Bu, Paşinyanın hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyətin pisləşməsi deməkdir.

Ümumiyyətlə Ermənistanın dövlət büdcəsinin gəlirləri 3,5 milyard dollar olduğunu nəzərə alsaq, bu, ölkənin xarici dövlət borcu dövlət büdcəsinin gəlirlərindən iki dəfədən çoxdur. Ermənistan iqtisadiyyatının bu günə düşməsi gözlənilən idi. Çünki, Paşinyanın komandası özü kimi küçə əhval ruhiyyəli, ancaq talamaq niyyətlidir.

Hətta alınan xarici borcları da müxtəlif tenderlərin adı altında oğurlanmaqdadır. İri dövlət müəsisələri özəlləşdirilib və işləmir. İstehsal olunan məhsulların az bir hissəsinin ixracı ancaq Rusiyayadır. Dünya bazarlarına çıxarmağa məhsulları yox dərəcəsindədir. Bütün bunları nəzərə alsaq ilin sonuna qədər Ermənistanın dövlət borcu ÜDM-in 60%-nə yaxınlaşacağı haqqında proqnoz söyləmək çətin deyil”.

Deputat qeyd edib ki, Ermənistanda gedən sürətli iqtisadi tənəzzül ölkəni daxili sosial partlayışa aparır:

“İnsanları arasında narazılar dalğası böyüməkdədir. Ölkə əhalisi arasında sorğu aparılanda respondentlərin 38 %-i ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu, 35%-İ kəskin pisləşdiyini , ancaq 1%-nə yaxın razı olduğunu bildirir. Bu ö deməkdir ki, Paşinyan hökumətindən əhali arasında kəskin narazılıq var. Düşünürəm ki, ilin sonuna qədər iqtisadi tənəzzülün sürətlənməsi Ermənistanda yenidən Paşinyan və onun tərəfdarlarının hakimiyyətinin sonunu yaxınlaşdıracaqdır”.