Home Siyasət Dövlət katibi: SOCAR Rumıniyada iştirakını genişləndirmək üçün fürsət əldə edə bilər

Dövlət katibi: SOCAR Rumıniyada iştirakını genişləndirmək üçün fürsət əldə edə bilər

634
0
SHARE

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyadakı fəaliyyətini genişləndirmək üçün fürsət əldə edə bilər.

Bunu Trend-ə Rumıniya İqtisadiyyat, Enerji və Biznes Mühit Nazirliyinin dövlət katibi Nikulae Xavrilet deyib.

N.Xavrilet qeyd edib ki, ötən il Rumıniyanın “Romgaz” şirkəti SOVAR-la əməkdaşlıq şəraitində xarici bazarlarda fəaliyyətini genişləndirmək, yeni imkanları araşdırmaq və biznesinin inkişaf etdirilməsi üçün effektiv yolları müəyyənləşdirməkdə maraqlı olduğunu bildirib.

“”Azərbaycan tərəfi “Romgaz” ilə əməkdaşlıq şəklində Qara dənizdəki yataqların kəşfiyyatı və işlənib hazırlanmasında maraqlı olduğunu bildirdi. Bu mövzu Bakıda fevral ayında keçirilən Cənub Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının son iclası çərçivəsində iki şirkət arasında əlavə olaraq müzakirə edildi”.

Dövlət katibi qeyd edib ki, SOCAR-ın fəaliyyəti əsasən Xəzər dənizinə yönəlsə də, Qara dəniz Xəzər regionu ilə Avropa bazarı arasında vacib enerji körpüsüdür:

“Rumıniya Qara dəniz sahillərində strateji mövqeyə malikdir və Xəzər dənizi və Qara dənizdəki enerji resurslarının Mərkəzi və Şərqi Avropaya çatdırılmasında öz töhfəsini verə bilər”.

O, həmçinin əlavə edib ki, Qara dəniz əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir və Cənub Qaz Dəhlizi üçün əlavə mənbələr kimi Azərbaycan üçün də maraqlı ola bilər:

“Bu baxımdan, yaxın gələcəkdə Rumıniya Mineral Ehtiyatlar Agentliyi tərəfindən yeni tenderlər elan ediləcək və bu, SOCAR-a Rumıniyada iştirakını genişləndirmək üçün bir fürsət verə bilər”.