Home Cəmiyyət ATU-nun şöbə müdiri: İmmun plazmadan efekt aldğımız xəstələrimiz çoxdur

ATU-nun şöbə müdiri: İmmun plazmadan efekt aldğımız xəstələrimiz çoxdur

400
0
SHARE

İmmun plazmadan efekt aldığımız xəstələrimiz çoxdur.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın birifində açıqlamasında ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, hər qurtarılan can bizim üçün çox dəyərlidir: “İmmun plazma hələlik dünyada müzakirə məsələsindədir. Bəzi ölkələr deyir ki, çox efekt ala bilmirik, ancaq Azərbaycanda bizim efekt aldığımız kifayət qədər xəstələrimiz var. Son aylar immun plazmaların istifadəsində heç bir problemlərimiz olmayıb”.