Home Siyasət Bolqarıstan mətbuatında Paşinyanın özünü “HARDTalk” proqramında rüsvay etməsi ilə bağlı məqalə dərc...

Bolqarıstan mətbuatında Paşinyanın özünü “HARDTalk” proqramında rüsvay etməsi ilə bağlı məqalə dərc olunub

583
0
SHARE

Bolqarıstanda fəaliyyət göstərən “Kırcaali Haber” qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə özünü BBC televiziyasının “HARDTalk” proqramında rüsvay etməsi ilə bağlı məqalə dərc olunub.

Məqalədə veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv sualları qarşısında Paşinyanın aciz vəziyyətə düşdüyü qeyd edilərək N.Paşinyanın Ermənistana “yeni başlanğıclar” vəd etsə də, ölkədə köhnə problemlərin daha da böyüdüyü vurğulanmışdır. “2018 məxmər inqilabı”ndan sonra Ermənistanın demokratiya, insan haqları, iqtisadi inkişaf, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələrində dünyanın ən sürətli inkişaf edən ölkələrdən biri kimi tanınması barədə Paşinyanın absurd iddiaları aparıcının sərt və ardıcıl sualları ilə puça çıxdığı barədə oxuculara məlumat verilmişdir.

Ermənistan hökumətinin koronavirusla mübarizə apara bilməməsi və ölkənin ölüm nisbətinin qonşu ölkələrdə qeydə alınmış ölüm sayı ilə müqayisədə daha yüksək olmasına Paşinyan “pandemiya hələ də dünyada yayılmaqdadır” deməsi ilə əlaqədar Ermənistanın baş nazirinin cavabı vurma cədvəlini bilməyən uşağın cavabına bənzədilməsi də məqalədə əks olunmuşdur.

Paşinyanın sülh üçün yeni bir yol açacağını vəd etməsindən sonra ev sahibinin Ermənistanın Azərbaycanla sərhəddə son hərbi təxribatları ilə bağlı sualı onu bir daha çətin vəziyyətə salmışdır. Məqalədə aparıcının “siyasətinizin sülh əldə edilməsinə yönəlməməsi” fikirləri, Xankəndinə səfəri zamanı Paşinyanın səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” ifadələri ilə bağlı daha sərt bir sual verməsi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin tələblərinin Ermənistan tərəfindən pozulması ilə bağlı dedikləri də yer almışdır.

Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.kircaalihaber.com/en/?pid=3&id_news=55