Çinin cənub-qərbində baş verən torpaq sürüşməsi nəticəsində azı altı nəfər ölüb.
Trend-in məlumatına görə, xilasedicilər torpağın altından 8 nəfəri çıxarıblar. Onlardan ikisi sağ olub.
Qeyd edək ki, bölgədə güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub.