Home Cəmiyyət General Əliağa Şıxlınskinin büstünün qoyulması hərb tariximizə, qəhrəmanlarımıza, milli kimliyimizə verilən qiymətdir...

General Əliağa Şıxlınskinin büstünün qoyulması hərb tariximizə, qəhrəmanlarımıza, milli kimliyimizə verilən qiymətdir – Cəlil Xəlilov

340
0
SHARE

General Əliağa Şıxlınskinin Yasamal qəbirstanlığında yerləşən məzarının üzərində büstü qoyulacaq. Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib.

Məsələ ilə bağlı açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təşəbbüsü alqışladığını bildirib:

“Bu təşəbbüs hər şeydən öncə dövlətimizin Cümhuriyyət dönəminə, o dövrün ordu qurucularına göstədiyi diqqət və ehtiramın nümunəsidir. Prezident İlham Əliyev hər zaman Cümhuriyyət dönəminin görkəmli hərbi-siyasi xadimlərini öz çıxışlarında xatırladır, onların adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atır. General Əliağa Şıxlınskinin büstünün qoyulması, həm də ordumuzun tarixinə verilən bir qiymətdir.

Hesab edirəm ki, bu yenilik gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, qəhrəmanlarımızın gənclər arasında təbliğ edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Hansı ki, torpaqlarımızın erməni işğalı altında qaldığı indiki məqamda, bu kimi addımlar ikiqat önəm kəsb edir. Bu baxımdan məlum təşəbbüsü alqışlayır, buna görə ölkə başçısına veteranlar adından öz təşəkkürümüzü bildiririk”.