Home Cəmiyyət Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz

Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz

689
0
SHARE

Karantin rejimi ilə bağlı yumşalmalar edilsə də, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üsten ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır:

“Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir.
Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır”.

A.Nağıyev bildirib ki, bu günlərdə keçmiş millət vəkili İlham Əliyevin övladının toyundan yayılan kadrlarda həmin tədbirin qapalı məkanda keçirildiyi və xeyli adamın da iştirak etdiyi görünür ki, bu da aşkar şəkildə karantin qaydalarının pozulmasıdır: “Uzun illərdir dövlət strukturlarında rəhbər vəzifələr tutmuş şəxslərin, o cümlədən Milli Məclisin deputatı Siyavuş Novruzovun bu tədbirdə iştirakı karantin rejiminin tələblərinin pozulması deməkdir”.

Deputat qeyd edib ki, bizim hər birimiz belə hallara qarşı barışmaz mövqə göstərməli, qanun karatin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq. Biz yalnız bir mövqedə-dövlətçilik mövqeyində olmaqla müstəqilliyimizi və xalqımızın təhlükəsiz, firəvan həyatını təmin edə bilərik.