Home Cəmiyyət Komitə sədri: Təəssüf ki, son vaxtlar bir qrup insanda arxayınlıq hissi yaranıb...

Komitə sədri: Təəssüf ki, son vaxtlar bir qrup insanda arxayınlıq hissi yaranıb və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edirlər

540
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “COVİD-19” pandemiyasına qarşı mübarizənin təşkili haqqında fərman və sərəncamlarının icrası öz müsbət nəticələrini verib, əhalinin sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın normal fəaliyyəti, sahibkarlara dövlət dəstəyi tam təmin edilib. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, əlbəttə, sərt karantin rejiminin tətbiqi və sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi koronavirusun yayılmasının qarşısının alınmasında ən mühüm tədbirlərdən biridir:

“Təsadüfi deyil ki, sərt karantin rejiminin may ayında nisbətən yumuşaldılması vətəndaşların bir qismində təhlükənin artıq sovuşduğu təəssüratı yaratmış və onlar karantin qaydalarını pozmuşlar. Nəticədə sanitar-epidemioloji vəziyyət pisləşdi və hökumət əhalinin sağlamlığını qorumaq məqsədilə yenidən sərt karantin rejimini tətbiq etməyə məcbur oldu. Görülmüş tədbirlər nəticəsində virusa yoluxanların sayı azaldı, sağalanların sayı isə artdı. Bütövlükdə xəstələrin sayı kəskin şəkildə aşağı düşdü. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən müvafiq tövsiyələrə ciddi riaəyət edilməsi şərti ilə karantin rejiminin qismən yumuşaldılması haqqında qərar qəbul etdi.

Çox böyük zəhmət nəticəsində əldə edilmiş müsbət vəziyyətin daha da yaxşılaşdırılmasın ilkin şərti kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməkdir. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dinimərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir.

Hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riaəyət etməli, həm də şəxsi nümunə olmalıdırlar. Təəssüf ki, son vaxtlar bir bir qrup insanda arxayınlıq hissi yaranmış və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edirlər.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üsten ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Müvafiq hüququ-mühafizə orqanları bununla bağlı reydlər keçirir, qanunları pozanlara qarşı qanun çərçivəsində tədbirlər görür, izahat və maarifləndirmə işləri aparırlar. Amma bundan nəticə çıxarmayanlar, emosiyalara qapılaraq məsuliyyətsiz addımlar ataraq toy mərasimləri təşkil edənlər də var. Belə məclislərdə deputatların, xüsusən də komitə sədrinin iştirakı qətiyyən yol verilməzdir.

Biz Milli Məclisin iclaslarında belə bu qaydalara ciddi riaəyət edərək nümunə olduğumuz halda, digər davranış sərgiləyə bilmərik. Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.

Düşünürəm ki, bizim hər birimiz belə hallara qarşı barışmaz mövqə göstərməli, qanun karatin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq. Biz yalnız bir mövqedə-dövlətçilik mövqeyində olmaqla müstəqilliyimizi və xalqımızın təhlükəsiz, firəvan həyatını təmin edə bilərik.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət müstəqil, qüdrətli Azərbaycanın, xalqımızın xoşbəxt gələcəyinin əsasıdır. Buna alternativ yoxdur! Biz birlikdə güclüyük!”.