Home Cəmiyyət Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanda nəhəng enerji infrastrukturu yaradır

Sahil Kərimli: Prezident İlham Əliyev Azərbaycanda nəhəng enerji infrastrukturu yaradır

578
0
SHARE

Təxminən 25 il əvvəl. Heç də uzaq olmayan bu tarix hər kəsin yadındadır. Ölkə enerji böhranı yaşayır. Əhaliyə işıq saatla verilir. Azərbaycanın bölgələri axşamlar zülmətə qərq olur. Hətta paytaxt Bakının enerji təminatında ciddi problemlər yaşanır. İnsanlar ümidsizdir. Belə çətin və acınacaqlı dövrdə heç kim ağlına belə gətirməzdi ki, cəmi 20 il sonra Azərbaycan nəinki özünü tam elektriklə təmin edəcək, hətta enerji əlçatanlığına görə dünyada ikinci ölkə olacaq. Və bir qədər də dolğun desək, Azərbaycanın işığı uzaq Avropada yanacaq. Heyrətamizdir, deyilmi?

Bəs, necə oldu ki, əksər inkişaf etmiş ölkələrin bir çox onilliklər boyunca yaratdığı köklü enerji infrastrukturunu Azərbaycan cəmi 20 ilə qura bildi? Cavab aydındır, nəticə ortadadır. Sözsüz ki, bütün bu uğurlar Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və konkret hədəflərə hesablanmış çevik siyasəti, gərgin əməyi hesabına əldə edilib. İlham Əliyev çoxlarının mümkün hesab etmədiyi nəticəni qazanmağı bacarıb. Mümkünsüzü mümkünə çevirib. Özü də çox tez müddətdə.

Əslində, Azərbaycanda elə bir sahə yoxdur ki, biri digərindən az və ya ləng inkişaf etsin. Son illər ölkəmizin bütün sektrolar üzrə sürətli inkişafı açıq-aydın göz önündədir. Azərbaycanın qüdrətini durmadan artıran amillər Prezident İlham Əliyevin genişmiqyaslı islahatları, dövlət orqanları qarşısında qoyduğu ciddi vəzifələr, müəyyən etdiyi dəqiq hədəflərdir. Elektroenergetika sahəsinin tamamilə yenilənməsi və generasiya güclərinin durmadan artırılması həmçinin ölkəmizin ümumi inkişafının təzahürüdür. Aydın məsələdir ki, bütün bunlar eyni zamanda Azərbaycanın ildən-ilə yüksələn iqtisadi potensialı hesabına mümkün olub.

Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi işinə təxminən 2004-cü ildən başladı və ölkə boyu yeni Elektrik Stansiyalarının tikintisinə, köhnələrinin isə əsaslı təmirinə strat verildi. Sürətlə və xüsusilə ciddi nəzarət altında davam edən bu proses nəticəsində son 17 ildə ölkəmizdə çoxsaylı Elektrik Stansiyaları istifadəyə verilib. Həmçinin Paylayıcı Elektrik Şəbəkələrində kompleks islahatlar həyata keçirilib. Ölkənin ən ucqar bölgələrində, hətta çətin relyefli yaşayış məntəqələrində belə dayanıqlı və etibarlı enerji təchizatı yaradılıb. İndi hansısa bir regionda, hansısa bir evdə, obyektdə elektrikin olmamasını təsəvvür etmək çox çətindir. Bütün bunların nəticəsidir ki, insanların enerjiyə əlçatanlığına görə, Azərbaycan dünyada ikinci yerdədir.

Son aylarda ölkənin müxtılif ərazilərində yeni elektrik yarımstansiyalrının istifadəyə verilməsi, xüsusilə də pandemiya dövrünün çətinliklərinə baxmayaraq bu layihələrin ixtisara salınmaması deyilənlərə bariz nümunədir. Bu günlərdə isə dövlət başçısının “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olması, həmçinin “Qobu” Elektrik Stansiyasının təməlini qoyması heç şübhəsiz Azərbaycan elektroenergetika sisteminin güclənməsinə xüsusi töhvə verəcək.

Bu gün birmənalı olaraq demək olar ki, Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyinə tam nail olub. İndi əsas hədəf generasiya güclərini daha da artırmaq və xarici ölkələrə enerji ixrac etməkdir. Yeri gəlmişkən vurğulamaq lazımdır ki, bu gün Azərbaycan enerji sisteminin ümumi istehsal gücü 7 min meqavat təşkil edir və bunun yarısı son 17 ildə yaradılıb. Göründüyü kimi, İlham Əliyev Azərbaycanı enerji idxal edən ölkədən ixrac edən ölkəyə çevirib. İndi ölkəmiz qonşu dövlətlərə – Rusiya, İran və Gürcüstana, həmçinin Gürcüstan üzərindən Türkiyəyə, oradan da Avropa bazarlarına enerji ixrac edə bilir.

Elektroenergetika sahəsininin gücləndirilməsi və yeni generasiya güclərinin yaradılması bir neçə aspektdən xüsusilə əhəmiyyətlidir. Əvvəla, ölkənin tam olaraq elektriklə təmin edilməsi və əhaliyə fasizləsiz enerji verilməsi. Məlumdur ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman insan amili dayanıb. Azərbaycan vətəndaşlrının rahat və problemsiz həyatı, əhalinin məmnunluğu həmişə bir nömrəli məsələ olub. İnsanların kommunal xidmətlərə, o cümlədən işığa olan təlabatının tam ödənilməsi bu baxımdan çox vacibdir. Digər tərəfdən, xarici ölkələrə satılan elektrik enerjisi eyni zamanda dövlət büdcəsinə valyuta axını deməkdir. Bu da Azərbaycan iqtisadiyyatının gücünə əlavə güc qatır. Ən önəmli məqamlardan biri isə əlbəttə ki, siyasi dividentlərin əldə edilməsidir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhvə verməsi sözsüz ki, ölkəmizi bölgədə əvəzedilməz tərəfdaşa çevirir. Azərbaycan gündən-günə regionda liderliyini, söz sahibliyini möhkəmləndirir. Dünya ölkəmizlə hesablaşır, əksər məsələlərdə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqqlı mövqeyi dəstəklənir.

Prezident İlham Əliyevi fərqləndirən üstün cəhətlərdən biri də qazanılan uğurlarla kifayətlənməmək, daha böyük nəticələr əldə etmək, gələcəyə doğru daha inamla addımlamaq xüsusiyyətləridir. Bu gün dövlət başçısı qarşıya daha aydın hədəflər, daha konkret vəzifələr qoyur. Digər sahələrdə olduğu kimi, elektroenergetika sahəsinin daha da gücləndirilməsi, lap dəqiq desək, bərpaolunan enerji növlərinin istehsalını artırmaq indi ən vacib vəzifələrdəndir. Bu istiqamətdə xeyli vaxtıdr ki, mühim işlər görülür. Prezidentin göstərişi ilə xarici və yerli investorların bu sahəyə cəlbi prosesi davam etdirilir. Təsadüfi deyil ki, bu gün dünyanın ən böyük enerji şirkətləri ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir. Artıq iki nüfuzlu beynəlxalq şirkətlə Günəş və külək elektrik stansiyalarının tikintisi barədə razılıq əldə olunub. Bunlar nəyin hesabınadır? Şübhəsiz ki, Azərbaycana, onun liderinə olan güvənin, etibarın. Bunlar ölkəmizin gələcəyinə, sabitliyinə və inkişafına olan inamın təzahürüdür.

Hazırda 2020-2030-cu illər üzrə Azərbaycan elektroenergetika sisteminin inkişaf strategiyası hazırlanır və tezliklə Prezident İlham Əliyevə təqdim ediləcək. Söz yox ki, növbəti onillik proqram Azərbaycanın enerji təhlükəsziliyini daha da möhkəmləndirəcək, dünya enerji bazarında mövqelərini gücləndirəcək.

Sahil Kərimli, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktor müavini