Home Cəmiyyət Tahir Mirkişili: “Bu cür davranış yolverilməzdir”

Tahir Mirkişili: “Bu cür davranış yolverilməzdir”

670
0
SHARE

“Covid-19 virusu ilə mübarizə tək tibbi mübarizə deyil. Bu mübarizədə qalib gəlməyin əsas şərti dövlət-vətəndaş münasibətlərində etimadın və intizamın yüksək səviyyədə olması, hər kəsin qanun və qaydalara sözsüz əməl etməsidir.”

Milli Məclisin komitə sədribildirib ki, karantin qaydalarının pozulması məsuliyyətsizlikdir:

“Azərbaycan Prezidentinə xalq tərəfindən olan yüksək etimad bu mübarizədə bizim həm tibbi, sosial, həm də iqtisadi cəhətdən minimum itkilər verməmizə səbəb olmuşdur.

Təbii ki, məhdudiyyətlərin səbəb olduğu ağır psixoloji durumun yaşandığı bir şəraitdə hər bir parlament üzvü öz davranışları ilə hər kəsə nümunə olmalı və virusla mübarizədə öndə olmalıdır. Milli Məclis rəhbərliyinin virusla mübarizədə son aylar göstərdiyi səylər hər bir deputata nümunədir. Ona görə də, mən bir deputat kimi karantin qaydalarının pozulmasına, dövlət-vətəndaş münasibətlərində etimadın azalmasına, deputatın nüfuzunun zərbə almasına gətirib çıxara bilən istənilən davranışı qınayır və belə bir davranışın Ali Qanunverici orqanın təmsilçisi tərəfindən edilməsini yolverilməz hesab edirəm”.