Home Manşet Kamran Bayramov: Azərbaycanda qanun aliliyi heç kim üçün istisna nəzərdə tutmur

Kamran Bayramov: Azərbaycanda qanun aliliyi heç kim üçün istisna nəzərdə tutmur

743
0
SHARE

Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində ciddi və təsirli addımlar atılır, müvafiq karantin rejimi tətbiq olunur, məhdudiyyətlər qoyulur, vətəndaşlarımızın sağlamlığının qorunması üçün əməli tədbirlər həyata keçirilir. Bununla yanaşı ölkəmiz bu bəla ilə qlobal miqyasda mübarizə aparılması üçün uğurlu beynəlxalq əməkdaşlıq həyata keçirir, Ümumdünya Səhiyyə Təşkilatına hərtərəfli dəstək verir, xarici ölkələrə xeyli maddi yardım göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, eyni zamanda, ölkəmiz daxilində pandemiyanın geniş yayılmaması, karantin rejiminin tətbiq edilməsi, karantin qaydalarının pozulmasına görə cəza tədbirlərinin müəyyən olunması və sərtləşdirilməsi məqsədilə Milli Məclis tərəfindən bir sıra qanunvericilik aktları, Nazirlər Kabineti tərəfindən isə müvafiq normativ hüquqi aktlar qəbul olunub:

“Məsələ ilə bağlı müvafiq maarifləndirmə işlərinin aparılması məqsədilə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, ölkənin tanınmış ictimai-siyasi xadimləri, hökumət üzvləri, vəzifəli şəxslər qəbul olunmuş qayda və qanunlara ciddi riayət etməyə, karantin rejiminin tələblərinə əməl etməyə çağırmışlar. Lakin bütün bunlara baxmayaraq, karantin qaydalarının pozulması halları müşahidə olunmaqdadır və bu hallara yol verənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Bu günlərdə isə Milli Məclisin keçmiş deputatı İlham Əliyevin karantin qaydalarını kobud surətdə pozmaqla övladına toy şənliyinin təşkil etməsi və həmin tədbirdə bir sıra məmurların iştirakı cəmiyyətdə əks-səda və ciddi təəssüf hissi doğurmuş, bir çox insanların narazılığına səbəb olmuşdur. Təsadüfi deyil ki, bu tədbirin təşkilatçılarının cəzalandırılması Azərbaycanda hər kəsin qanun qarşısında bərabər olduğunu, qanun aliliyinin heç kim üçün istisna nəzərdə tutmadığını bir daha göstərdi. Hesab edirəm ki, hər bir dövlət məmuru, vəzifəli şəxs karantin qaydalarına ciddi əməl etməli, öz davranışı ilə məsuliyyətli olmalı və digərləri üçün nümunə göstərməlidir”.