Home Manşet Azərbaycan və Türkiyə parlament sədrləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə parlament sədrləri arasında telefon danışığı olub

434
0
SHARE

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında bu gün növbəti telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı S.Qafarova qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə M.Şentopu və bütün Türk xalqını təbrik edib:

“Telefon danışığı zamanı qardaş Türkiyənin Qara dənizdə böyük ehtiyata malik qaz yatağı kəşf etməsi münasibətilə Mustafa bəyi və onun simasında bütün Türk xalqını həm öz adımdan, həm də Milli Məclisin bütün üzvləri adından təbrik etdim”.