Home Dünya xəbərləri Cənubi Koreyada onlarla region “xüsusi təbii fəlakət zonası” elan edilib

Cənubi Koreyada onlarla region “xüsusi təbii fəlakət zonası” elan edilib

550
0
SHARE

Cənubi Koreyada güclü leysan və daşqınlarla əlaqədar 20 şəhər və rayon, eləcə də 36 kiçik yaşayış məntəqəsi “xüsusi təbii fəlakət zonası” elan edilib.

Trend-in məlumatına görə, müvafiq qərarı ölkə prezidenti Mun Çje İn imzalayıb.

Avqustun əvvəlində ölkənin 18 regionu “xüsusi təbii fəlakət zonası” elan edilmişdi.

Bu il rekord müddətdə – 54 gün davam etmiş yağıntı mövsümündə 30-dan çox şəxs həlak olub, minlərlə sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdı.

Meteoroloqların məlumatına əsasən, hazırda yarımadaya “Bavi” qasırğası yaxınlaşır.