Home Manşet Cavid Osmanov: Ermənistanın separatçı rejimi anlamalıdır ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını...

Cavid Osmanov: Ermənistanın separatçı rejimi anlamalıdır ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını qətiyyətlə alacaq

409
0
SHARE

Ermənistanın işğalçı, faşizm siyasəti yürüdən hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə erməni silahlı qüvvələri növbəti dəfə təxribata əl atdı. Diversiya-kəşfiyyat qrupunun Azərbaycan ərazilərinə keçmək cəhdlərinin qarşısı ayıq-sayıqlıq nümayiş etdirən qüdrətli ordumuzun əsgərləri tərəfindən qətiyyətlə alındı və diversiya-kəşviyyat qrupunun komandiri əsir götürüldü.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, eyni zamanda bu gün Ermənistanın kütləvi informasiya vasitələrində bu qrupun üzvlərinin məhz kəşfiyyata keçdiyi anda milli ordumuz tərəfindən məhv edilməsi tamamilə fərqli cür təqdim edilir:

“Bu da əlbəttə ki, gözlənilən təxribatların davamıdır. Bu, ümumilikdə ötən ayın 12-də Ermənistanın işğalçı, separatçı, terrorçu rəhbərliyinin Tovuz istiqamətində başladığı təxribatın davamıdır. Ermənistan tərəfinin zaman-zaman belə təxribatlara əl atması və bunun gələcəkdə də baş verəcəyi heç kimdə şübhə doğumur.

Ancaq biz eyni zamanda bir daha əmin olduq ki, diversiya-kəşfiyyat qrupunun məhv edilməsi və qrupun komandirinin əsir götürülməsi bir daha Azərbaycan Ordusunun güclü və qüdrətli, ayıq-sayıq olmasından xəbər verir. Bu, Tovuz hadisələri zamanı olduğu kimi Azərbaycan Ordusunun növbəti uğurudur. Bir daha Ermənistanın separatçı rejimi birmənalı şəkildə anlamalıdır ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və işğal olunmuş torpaqlarımızın azad ediləcəyi heç kimdə şübhə doğurmasın”.