Home Manşet Sevil Mikayılova: İşğalçı Ermənistanın diversiya qrupunun Goranboy istiqamətində təxribatı danışıqlar prosesini pozmaq...

Sevil Mikayılova: İşğalçı Ermənistanın diversiya qrupunun Goranboy istiqamətində təxribatı danışıqlar prosesini pozmaq cəhdindən başqa bir şey deyil

294
0
SHARE

İşğalçı Ermənistanın diversiya qruplarının Azərbaycanla dövlət sərhəddində fəallaşması münaqişə ocağını alovlandırmaq və danışıqlar prosesini pozmaq cəhdindən başqa bir şey deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib:

“Ermənistanın Azərbaycana qarşı əl atdığı növbəti təxribat işğalçı ölkənin məkrli planlarının həyata keçirilməsinə hesablanmış addım idi. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib, erməni diversiya qrupunun komandiri isə əsir götürülüb.

12 iyulda Tovuz istiqamətində Azərbaycanın dövlət sərhəddinə hücüm edən düşmən qüvvələr layiqli cavab aldıqdan sonra məğlubiyyət zərbəsinin təsiri altındadırlar, Ermənistan cəmiyyəti daxilində aşağılanmış hərbçi imicini bərpa etmək üçün ağlagəlməz üsullara əl atırlar”.

S.Mikayılova vurğulayıb ki, faşizmı dövlət səviyyəsində dəstəkləyən Ermənistan üçün beynəlxalq qanunları pozmaq və ya mülki əhaliyə qarşı terror törətmək kimi cinayətkar əməllər artıq adi hala çevrilib:

“Artmaqda olan ictimai narazılıqlar Ermənistan dövlətini məqsədli şəkildə diversiyalar həyata keçirməyə və öz uğursuzluqlarını nə yolla olur olsun ört-basdır etməyə məcbur edir.

Hər təxribatında Azərbaycan hərbi qüvvələrindən aldığı layiqli cavabdan sonra düşmən tərəfi növbəti xain planlarını hazırlayıb həyata keçirməyə cəhd edir. Lakin hər dəfə həm canlı qüvvə, həm də texnika baxımından itkilər verərək geriyə çəkilməyə məcbur olur.

Azərbaycan Ordusu dövlət sərhəddinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısı qəti şəkildə alınır”.