Home Dünya xəbərləri Türkiyədə koronavirusdan daha 743 nəfər sağalıb

Türkiyədə koronavirusdan daha 743 nəfər sağalıb

660
0
SHARE

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 139 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 443 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 743 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 237 908 nəfər təşkil edir.