Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 139 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 443 yeni yoluxma halı qeydə alınıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 743 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 237 908 nəfər təşkil edir.