Home Dünya xəbərləri Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət sentyabrın sonunadək uzadılır

Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət sentyabrın sonunadək uzadılır

632
0
SHARE

Bolqarıstanda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə epidemioloji vəziyyət sentyabr ayının sonuna kimi uzadılacaq.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Kostadin Angelov deyib.

Onun sözlərinə görə, bu barədə müvafiq qərar hökumətin sabahkı iclasında verə bilər.

Qeyd edək ki, son sutka ərzində Bolqarıstanda 99 yoluxma, 18 ölüm faktı qeydə alınıb. Bu günədək ölkədə 15 386 nəfər koronavirusa yoluxub, 563 nəfər ölüb.