Home QARABAĞ BQXK əsir götürülənlərlə bağlı hər iki tərəflə əlaqə saxlayır

BQXK əsir götürülənlərlə bağlı hər iki tərəflə əlaqə saxlayır

453
0
SHARE

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əsir götürülən erməni diversantla bağlı hər iki tərəfin aiddiyyatı qurumları ilə əlaqə saxlayır.

BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, BQXK hər iki tərəfin aidiyyatı qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Komitə mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir: “Bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”.

Qeyd edək ki, Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.