Home Manşet Ceyhun Bayramov: Biz ATƏT Minsk qrupu həmsədrlərindən Ermənistan tərəfinin substantiv danışıqlara hazır...

Ceyhun Bayramov: Biz ATƏT Minsk qrupu həmsədrlərindən Ermənistan tərəfinin substantiv danışıqlara hazır olmasının təminatlarını gözləyirik

382
0
SHARE

ATƏT Minsk qrupunun həmsədrləri bu ilin payızında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Xarici işlər naziri Ceyhun Bayramova Rusiyaya səfəri ərəfəsində TASS agentliyinə açıqlamasında deyib.

Nazir qeyd edib ki, bununla belə, Ermənistanın fəaliyyəti vasitəçilərin səylərini sıfıra endirir:

“Ermənistanın Dağlıq Qarabağ regionunda və Azərbaycanın digər işğal olunmuş ərazilərində münaqişənin tənzimlənməsi prosesini pozması təkcə 12 iyul hücumu ilə məhdudlaşmır. Bu ölkənin rəhbərliyi müharibənin nəticələrinin qəbul edilməsinin zəruriliyini bəyan etməklə, ərazilərin azad edilməsi imkanlarını istisna etməklə, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməyi təhdid etməklə və bununla da orada demoqrafik vəziyyəti dəyişməklə danışıqların bərpası şanslarını pozur. Erməni tərəfinin bu cür aqressiv bəyanatlar və təxribatçı addımların siyahısını davam etdirmək olar. Bu şəraitdə xarici işlər nazirlərinin görüş tarixləri barədə danışmaq tez olardı. Biz ATƏT Minsk qrupu həmsədrlərindən Ermənistan tərəfinin işğal olunmuş ərazilərin azad edilməsi və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsi və ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarı ilə nəzərdə tutulduğu kimi silahlı münaqişənin digər fəsadlarının aradan qaldırılması üzrə substantiv danışıqlara hazır olmasının təminatlarını gözləyirik. Bu razılaşmaların reallaşdırılması siyasi məsələlərin nəzərdən keçirilməsinə başlamaq üçün imkan yarada bilər”.