Home Dünya xəbərləri Niderlandda və Belçikada koronavirusa təkrar yoluxma qeydə alınıb

Niderlandda və Belçikada koronavirusa təkrar yoluxma qeydə alınıb

665
0
SHARE

Niderlandda və Belçikada koronavirusdan sağalmış iki nəfərdə təkrar yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, Niderlandda təkrar yoluxma immun sistemi zəifləmiş yaşlı şəxsdə aşkar edilib. Onun vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Belçikada isə Löven şəhərində 3 ay əvvəl koronavirusdan sağalmış qadın təkrar yoluxub.

Hazırda virusoloqlar təkrar yoluxmanın təfərrüatlarının araşdırır.

Qeyd edək ki, bir neçə gün əvvəl Honq Konqda təkrar yoluxma faktı aşkar edilmişdi.