Home Manşet Tovuzda Ermənistan tərəfinin atəşi nəticəsində əhaliyə dəyən zərərin aradan qaldırılması üçün vəsait...

Tovuzda Ermənistan tərəfinin atəşi nəticəsində əhaliyə dəyən zərərin aradan qaldırılması üçün vəsait ayrılıb

417
0
SHARE

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılıb.