Home Manşet “Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik...

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

544
0
SHARE

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Vətəninizə, həmvətənlərinizə xidmət kimi nəcib işə məsuliyyətli münasibət nümunəsidir.

Zəngin peşəkar təcrübə, geniş erudisiya, şəksiz siyasətçi istedadı və gözəl insani keyfiyyətlər Sizin ən mürəkkəb məsələləri uğurla həll etməyinizə imkan verir.

Əminəm ki, qarşıda Sizi Azərbaycan Respublikasının və onun xalqının rifahı naminə çox uğurlar gözləyir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm”.