Home Manşet İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Azərbaycanın Birinci vitse-prezidentini təbrik...

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Azərbaycanın Birinci vitse-prezidentini təbrik edib

690
0
SHARE

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. İcazə verin, doğum gününüz münasibətilə Sizi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti adından və şəxsən öz adımdan təbrik edim.

Siz görkəmli dövlət xadimi və ictimai xadim olaraq insanların rifahına yorulmadan qayğı göstərir, səhiyyənin, elmin və mədəniyyətin inkişafına çox böyük töhfə verirsiniz. Tibbi təhsil sahəsində beynəlxalq innovasiya layihələrinə, o cümlədən Seçenov Universitetinin Bakı filialının fəaliyyətinə verdiyiniz dəstəyə və göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirik.

Sizə ən xoş diləklərimi bildirir, əmin-amanlıq, firavanlıq, yeni zəfərlər üçün tükənməz enerji arzu edirəm”.