Home Manşet Şahin Seyidzadə seçicilərilə videoqəbul keçirdi

Şahin Seyidzadə seçicilərilə videoqəbul keçirdi

331
0
SHARE

“MİLLİ MƏCLİSDƏ TƏMSİL ETDİYİM 50 SAYLI ABŞERON-QOBUSTAN SEÇKİ DAİRƏSİ ÜZRƏ BƏZİ MÜRACİƏTLƏR ƏSASINDA BU GÜN 10 SEÇİCİMLƏ VİDEOFORMATLI QƏBUL HƏYATA KEÇİRİLDİ”.

tan.az xəbər verib ki, bunu millət vəkili Şahin Seyidzadə bildirib:

“Abşeron (Hökməli, Qobu və Saray qəsəbələri) və Qobustan (Ərəbqədim kəndi) rayonlarından daxil olan müraciətlər əsasında seçicilərimlə ətraflı söhbət və fikir mübadiləsi apardıq. Ümumilikdə sosial təminat, məşğulluq, torpaq, əmlak, infrastruktur, kommunal problemlər, təhsil və sağlamlıq məsələləri üzrə müraciət edən seçicilərimizdən ilkin məlumatlar əldə edilərək, məsələlər təfərrüfatlı araşdırılaraq növbəti addımların atılması üçün müvafiq qeydlər aparıldı”.