Home Manşet Azər Badamov: Növbəti yumşalmalara rayonlara gediş-gəliş məsələsi də daxil edilə bilər

Azər Badamov: Növbəti yumşalmalara rayonlara gediş-gəliş məsələsi də daxil edilə bilər

572
0
SHARE

“Bu gün insanlar üçün ən böyük çətinliklərdən biri də rayonlara gediş-gəliş məsələsidir. Hesab edirəm ki, Operativ Qərargah növbəti yumşalmalara rayonlara gediş-gəlişlə bağlı məhdudiyyəti də daxil edəcək”. Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olan deputatı Azər Badamov, Nazirlər Kabinetinin karantin rejimi ilə əlaqədar son qərarını şərh edərkən və yumşalmalara münasibət bildirərkən deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi rayonlarda sərt karantin rejiminin yumşaldılması, eyni zamanda ölkə ərazisində fərdi tədris mərkəzləri və repetitorların fəaliyyətinin, muzey və sərgilərin fəaliyyətinin bərpası ilə əlaqədar qəbul olunmuş qərar ölkədə epidemioloji vəziyyətin müsbətə doğru getməsi ilə əlaqədardır: “Ölkədə tətbiq olunmuş karantin tətbirləri 6 aydır ki, davam edilir. Tətbiq olunmuş tədbirlər sayəsində infeksiyanın yoluxma dinamikası sabitləşmişdir. İnsanlar da yeni dövrün tələblərinə uyğun yaşamağa adaptasiya olunmuşdur. Qapalı ictimai məkanlarda da demək olar ki, hamı tibbi maskadan istifadə edir. Bütün bunlar nəzərə alınaraq katantin rejimində yumşalmaların əhatə dairəsinin daha da genişləndirilməsi mümkündür”.

Millət vəkili vurğulayıb ki, o cümlədən, regionlara gediş-gəlişlə bağlı məhdudiyyətin də aradan qaldırılmasına ehtiyac olduğunu düşünür: “Çünki, bu gün insanlar üçün ən böyük çətinliklərdən biri də rayonlara gediş-gəliş məsələsidir. Hesab edirəm ki, Operativ Qərargah növbəti yumşalmalara rayonlara gediş-gəlişlə bağlı məhdudiyyəti də daxil edəcək”.