Home Cəmiyyət DİM-də SAT imtahanları keçirilib

DİM-də SAT imtahanları keçirilib

569
0
SHARE

Dövlət İmtahan Mərkəzində (DİM) avqustun 29-da SAT imtahanları keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 34 nəfər (o cümlədən 6 nəfər SAT Subject üzrə) iştirak edib

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti SAT imtahanının sentyabrın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz:

http://dim.gov.az/activities/exams/sat/